Riçard Almeyda yeni klubunda debüt etdi

09:15 - 24 Yanvar 2020 - İDMAN

Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun futbolçusu Riçard Almeyda yeni komandasında debüt edib.

 Azərbaycan millisinin üzvü ölkə çempionatının yüksək dəstəsinin 13-cü turunda "Əl-Nəsr"lə səfər görüşündə meydana çıxıb.

Matça start heyətində başlayan 31 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Oyun isə Almeydanın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 14-ə yüksəldən "Baniyas" klubu turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. /report

Xəbər xətti