Vilayət Eyvazovdan yeni TƏYİNAT

19:12 - 23 Yanvar 2020 - Xəbər

Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub.

Bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Xəbər xətti