Daha bir ölkədə koronavirus aşkarlanıb

18:50 - 23 Yanvar 2020 - DÜNYA

Sinqapurda koronavirusa (2019-nCoV virusu) yoluxma halı qeydə alınıb.

Bu barədə Sinqapur Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə hələlik bir yoluxma halı qeydə alınıb. Ümumilikdə, Sinqapurda virusa yoluxmaqda şübhəli bilinən 28 nəfər var.

Xatırladaq ki, son məlumatlara görə, Çində kütləvi şəkildə yayılan koronavirusa yoluxanların sayı 600 nəfəri keçib. Ölənlərin sayı isə 25-dir./report

Xəbər xətti