“Azəriqaz” direktoru Xaçmazda qəbul keçirəcək

13:11 - 23 Yanvar 2020 - Xəbər

Yanvarın 24-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.

“Azəriqaz” İB-nin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Siyəzən və Xızı rayonlarında vətəndaşların fikirlərini dinləyəcək. Görüşün hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb.

Vətəndaş qəbulu məkanları barədə Xaçmaz Regional qaz istismarı İdarəsindən, eləcə də Siyəzən və Xızı rayonlarındakı qaz xidmət sahələrindən məlumat əldə edə bilərsiniz.

Xəbər xətti