Qəndə ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub

12:52 - 23 Yanvar 2020 - Xəbər

Azərbaycanda qənd məhsullarına "Natrium disionid" adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə deyib. Onun sözlərinə görə, bu şəxs tərəfindən Azərbaycanda sex açaraq fəaliyyət göstərib: "Həmin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib. Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq"./report

Xəbər xətti