Goranboyda “06” “Kamaz”a çırpıldı: xəsarət alan var - Foto

22:32 - 22 Yanvar 2020 - HADİSƏ

Goranboyda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun Nazikkənd kəndində baş verib. Belə ki, 50-BB-121 dövlət qeydiyyat nişanlı "Vaz 21-06" markalı minik avtomobili hərəkətdə olarkən qarşısında hərəkətdə olan 10-ZA-263 dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Həsənov Nazim Məhəmməd oğlu ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Həkimlər N.Məmmədovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo


Xəbər xətti