Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyatda yaranmış problemlə bağlı - Açıqlama

11:21 - 22 Yanvar 2020 - Xəbər

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.

Ucnoqta.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondundan “Qafqazinfo”ya bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb.

Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.

Xəbər xətti