Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var -Foto

20:11 - 21 Yanvar 2020 - HADİSƏ

Kürdəmir rayonunda yol qəzası baş verib.  "Report" xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Üç yaralı sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlardan ikisinin Kürdəmir rayonunun Şilyan kənd sakinləri, 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti