Azyaşlıya təcavüz edən şəxsin məhkəməsi başladı

13:45 - 21 Yanvar 2020 - Xəbər

Şəki Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlana qarşı seksual xarakterli hərəkət etməkdə təqsirləndirilən A.M.-nin cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib.

İttihama görə, A.M. azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutub. Şikayət əsasında o, saxlanılıb.
A.M-nin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, A.M.-nin cinayət əməli sübuta yetirilərsə, onu səkkiz ildən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir./oxu.az

Xəbər xətti