Bakıda 54 yaşlı qadın hamamda ölü tapıldı

12:19 - 21 Yanvar 2020 - HADİSƏ

Bakıda qadın dəm qazından boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü Liliya Çuprikova yaşadığı evin hamamında ölmüş vəziyyətdə aşkarlanıb. Araşdırmalar zamanı qadının dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər xətti