“Azərsun Holdinq”in kollektivi Şəhidlər Xiyabanını ziyarət edib- Foto

12:07 - 21 Yanvar 2020 - Xəbər

“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib.

“Azərsun Holdinq”in rəhbər heyəti və kollektivin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçəklər düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.

Daha sonra şirkətlər qrupunun rəhbərliyi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə çiçəklər düzüb.

Qeyd edək ki, 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın təlimatına əsasən Şirkətlər Qrupu tərəfindən silsilə tədbirlər həyata keçirilib.


Xəbər xətti