Rusiyada baş verən yanğında 11 nəfər həlak olub - Foto

09:24 - 21 Yanvar 2020 - DÜNYA

Rusiyanın Tomsk vilayətində, Asinovsk rayonunda yaşayış evində baş verən yanğın zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə RİA "Novosti"yə Fövqəladə Hаllаr Nаzirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, yerli vaxtla saat 07:03-də yanan evdə 11 nəfərin meyiti aşkarlanıb.

Priçulımsk qəsəbəsindəki fərdi evdə yanğın çərşənbə axşamı gecə baş verib. Hadisə zamanı 11 nəfər həlak olub, evdən daha 2 nəfər çıxarılıb. Onların xarici ölkə vətəndaşları olduqları bildirilir. Regionun fövqəladə xidmətlərinin əməkdaşı bildirib ki, ölənlər Özbəkistan vətəndaşları ola bilər./report


Xəbər xətti