Miqrasiya qanunvericiliyini pozan azərbaycanlılar deport olundu

19:24 - 20 Yanvar 2020 - Xəbər

Rusiyanın Belqorod vilayətindən azərbaycanlı miqrantlar deportasiya edilib.

Belgorodtv.ru-nun Federal Xidmət İdarəsinə istinadən yaydığı xəbərə görə, qanunu pozan 182 miqrant arasında azərbaycanlılar da olub. Miqrasiya qanunvericiliyini pozan həmin şəxslər ölkə ərazisindən deport olunub.

Onlar məhkəmə icraçılarının nəzarəti altında Moskva və Voronej hava limanından ölkələrinə göndəriliblər./oxu.az

Xəbər xətti