Bakıda küçədə qadın meyiti tapıldı

15:00 - 20 Yanvar 2020 - HADİSƏ

Ötən gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində küçədə qadın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Meyitin üzərində zorakı əlamətlərə rast gəlinməyib. 45-50 yaşlarında olan qadının şəxsiyyəti hələ müəyyən edilməyib.

Polisin ilkin versiyasına görə, qadının daimi yaşayış yeri olmayıb və səfil həyat tərzi sürüb. 

Xəbər xətti