Şəkidə 2 uşaq anası soyuqdəymədən öldü

11:00 - 20 Yanvar 2020 - HADİSƏ

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. 

Rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

X.İsayevanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti məhkəmə tibbi ekspertiziyasına təhvil verilib./qafqazinfo

Xəbər xətti