Makqreqor 40 saniyəyə qalib oldu - Video

10:29 - 19 Yanvar 2020 - İDMAN

ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 246 turniri çərçivəsində irlandiyalı döyüşcü Konoq Makqreqorla amerikalı Donald Serrone arasında görüş baş tutub.

Makqreqor 40 saniyə ərzində rəqibini məğlub edib. O, oktaqona çıxar-çımaz üstünlüyü öz əlinə alıb. Əvvəlcə Serrone müqavimət göstərsə də, çənəsinə vurulan ayaq zərbəsindən qoruna bilməyib.

Amerikalı döyüşçü situasiya üzərində nəzarəti itirib. Makqreqor rəqibinə bir neçə zərbə endirdikdən sonra hakim döyüşü saxlatdırıb./qafqazinfo  

Xəbər xətti