Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb

12:55 - 18 Yanvar 2020 - HADİSƏ

Bakıda ölüm hadisəsi baş verib. 

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır./Apa

Xəbər xətti