İstanbul-Təbriz təyyarəsi eniş edə bilmədi

11:52 - 18 Yanvar 2020 - Xəbər

Türkiyənin İstanbul şəhərindən Təbriz şəhərinə uçan İranın "IranAirtour" hava yollarına məxsus sərnişin təyyarəsi qarlı hava şəraitinə görə Təbrizin Şəhid Mədəni aeroportuna eniş edə bilməyib.

Bunu İranın Təbriz şəhəri Şəhid Mədəni aeroportunun ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Hacıpur deyib. M.Hacıpurun sözlərinə görə, Təbriz aeroportunda görmə üfüqü 400 metrədək azalıb və eniş zolağı sürüşkəndir.

Hacıpur əlavə edib ki, qeyd olunan təyyarə Tehranın İmam Xomeyni beynəlxalq aeroportunda eniş edib./trend

Xəbər xətti