Bakıda qayınana yeznəni döyüb

10:48 - 18 Yanvar 2020 - HADİSƏ

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Bakıxanov qəsəbəsi, Rüstəmov küçəsində qeydə alınıb. 55 yaşlı Əliyev Zülfü Vüqar oğlu qayınanası ilə mübahisə zamanı küt alətlə döyülüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin müayinə zamanı Z.Əliyevin qarnından küt travma və qabırğasından sınıq xəsarətləri aldığı müəyyən edilib./Apa

Xəbər xətti