Şəkidə 33 yaşlı qadın dəm qazından zəhərlənib

23:10 - 17 Yanvar 2020 - HADİSƏ

Şəkidə 33 yaşlı qadın dəm qazından zəhərlənib.

Hadisə bu gün axşam saatlarında baş verib. Şəki şəhəri, Əfəndiyev küçəsi ev 22 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Afət Nasir qızı Omarova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı A.Omarovanın yaşadığı evin hamam otağında dəm qazından zəhərləndiyi müəyyən edilib.

Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir./Apa

Xəbər xətti