Fevralda Bakıya yeni metro vaqonları gətiriləcək

Fevral ayında "Bakı Metropoliteni" QSC üçün nəzərdə tutulan və il ərzində alınacaq 20 vaqonun ilk partiyası Bakıya gətiriləcək.

Ucnoqta.az xəbər verir ki, bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, istehsal prosesindən asılı olaraq 10 və yaxud 5 vaqonun gələn ay Bakıya göndərilməsi nəzərdə tutulur.

"İstismarda olan qatarların istismar müddəti başa çatan an həmin qatarların xətdəki fəaliyyəti dayandırılır. Bu qatarlar kəsilib-doğranılaraq metal kimi satılır", - deyə B. Məmmədov qeyd edib.
Mətbuat xidmətinin rəhbəri həmçinin əlavə olaraq bildirib ki, yeni qatarların alınmasının iki vacib şərti var. İlk növbədə istismarda olan qatarların istismar müddətinin başa vurması, ikincisi isə yeni stansiyaların açılması ilə zərurət yaranacağı təqdirdə yeni qatarların və yaxud vaqonların alınmasıdır: "Bununla bağlı 2019-cu ildə uzunmüddətli müqavilə imzalanıb və 3 il ərzində "Bakı Metropoliteni"ndə olan qatarların yenilənməsi istiqamətində əhəmiyyətli işlər görüləcək. Həmin müqaviləyə əsasən, 60 yeni vaqon alınacaq", - deyə B. Məmmədov qeyd edib.

Tarix
17 Yanvar 2020 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-17 11:38:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin