Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

20:31 - 16 Yanvar 2020 - Xəbər

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək. Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Xəbər xətti