“CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

14:32 - 16 Yanvar 2020 - Xəbər

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək. Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir.
Əlavə olaraq, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

Xəbər xətti