UEFA "Qarabağ"ın hesabına 260 min 500 avro pul köçürüb

11:44 - 16 Yanvar 2020 - İDMAN

UEFA "Qarabağ" klubunun hesabına 260 min 500 avro pul köçürüb. 

Məbləğ Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 4 - 6-cı turlarındakı nəticələrinə uyğun olaraq nəzərdə tutulub. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” Futbol Klubunun hesabına köçürülüb.

Ölkə çempionu heç-heçəyə görə 190 min avro, əlavə bonus olaraq 70 min 500 avro əldə edib.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsinin A qrupunu 5 xalla 3-cü pillədə başa vurub. /report

Xəbər xətti