Şabranda yol qəzası - üç nəfər xəsarət alıb

10:55 - 16 Yanvar 2020 - HADİSƏ

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağalıq kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlar, 2016-cı il təvəllüdlü Ağazadə Əli Cəmşid oğlu, 1996-cı il təvəllüdlü Məmmədzadə Pərvin Yusif qızı və 1964-cü il təvəllüdlü Ağayev Cümşüd Əliqulu oğludur.

Yaralanan şəxslər bir müddət xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə yola salınıblar./trend

 

Xəbər xətti