ABŞ və Çin ticarət sazişi üzrə birinci sənədlər paketini imzalayıblar

22:50 - 15 Yanvar 2020 - DÜNYA

ABŞ və Çin 13 mərhələlik uzun danışıqlarından sonra razılığa gəliblər və ticarət sazişi çərçivəsində birinci sənədlər paketini imzalayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sənədlər paketi Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazir müavini Lyu Xe tərəfindən imzalanıb.

Sənədin imzalanma mərasimi Ağ Evin saytında canlı yayımlanıb.

Xəbər xətti