Şabranda yanacaqdaşıyan maşın aşdı - Video

19:18 - 15 Yanvar 2020 - HADİSƏ

Gəndov-Yalama yolunun Şabranın Söhbətli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yanacaq daşıyan yük avtomobili hərəkətdə olarkən qarşısındakı "Kamaz" markalı yük avtomobilinə çırpılıb. "Kamaz" isə qarşıda hərəkət edən TIR markalı yük maşınına dəyib.

Qəza nəticəsində yanacaq daşıyan nəqliyyat vasitəsi aşıb, sürücüsü isə yüngül xəsarət alıb./qafqazinfo

Xəbər xətti