Almaniyanın Müdafiə naziri İraqa səfər edib

19:00 - 15 Yanvar 2020 - DÜNYA

Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer İraqa gözlənilməz səfər edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin təmsiliçisi deyib. İraqa səfərindən öncə İordaniyaya gedən Kramp-Karrenbauer burada alman hərbçiləri ilə görüşüb və İordaniya hakimiyyət nümayəndələri ilə müzakirələr aparıb.

Təhlükəsizliklə əlaqədar nazirin səfərinin təfərrüatları açıqlanmayıb.
Müdafiə Nazirliyi bildirib ki, Kramp-Karrenbauer İraqda alman hərbi qüvvələrinin fəaliyyəti və İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi ilə bağlı bu ölkənin yüksək səviyyəli hərbçiləri ilə müzakirələr aparacaq.

Xəbər xətti