Ana səhifə Mobil versiya
23 Sentyabr 2020

Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Avropa Parlamentində “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qıətnamənin səsverməsi başa çatıb.

Səsvermədə iştirak edən 704 deputatdan 454-ü qətnamənin lehinə səs verib. Qətnamə yeni redaksiyada qəbul edilib. Dekabr ayında sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilib:

“Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq edir”.

Həmin maddə həmçinin “münaqişədən ziyan çəkən ölkələrin vətəndaşların – qaçqın və məcburi köçkünlərə dəstəyin” gücləndirilməsi vurğulanır.
Bu qətnamənin qəbul olunması Cənubi Qafqaz üçün onu ifadə edir ki, Ermənistan Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalçısı qismində anti-Azərbaycan və işğalyönümlü sənəd və müzakirələri təşviq edd bilməyəcək.

Azərbaycan öz növbəsində, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş məcburi köçkünlərin problemlərinin həllində yeni mexanizm əldə edir./trend

Tarix
15 Yanvar 2020 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-15 18:15:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin