Təyyarəyə gecikən sənətçi aeroportda dava etdi

15:28 - 15 Yanvar 2020 - MAQAZİN

Konsert üçün İstanbuldan Antaliyaya getmək istəyən Bülent Ersoy təyyarəyə gecikib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin təyyarənin uçuş vaxtına 10 dəqiqə qala hava limanına gəlməsi olub.

Aeroportda tez hərəkət etsin deyə əlil arabasına minən ifaçı qapıların bağlandığını eşidən kimi əsəbiləşib. Bülent onu arabada daşıyan şirkətin işçilərini təhqir və təhdid edib. Müğənni daha sonra polisə müraciət edərək o gün xidmət başında olan əlil arabası firmasının bütün əməkdaşlarından şikayətçi olub.

Ersoy qeyd edib ki, həmin şəxslər onun təyyarəyə tez çatmasına mane olublar.

Xəbər xətti