Həbs edilən icra başçısının oğlu işdən çıxarılıb

11:35 - 15 Yanvar 2020 - Xəbər

Ağstafa İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ramal Quliyev işdən çıxarılıb.

Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”./report

 

Xəbər xətti