Zaqatalada evdə partlayış olub, xəsarət alan var

10:15 - 15 Yanvar 2020 - HADİSƏ

Zaqatalada fərdi yaşayış evində partlayış baş verib.  

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub. Belə ki, 1928-ci il təvəllüdlü Ayşə Məmmədova qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib. Nəticədə 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti