Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub

10:08 - 15 Yanvar 2020 - Xəbər

Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi Polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsində təyin təyin olunub.

Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib./trend

Xəbər xətti