İmişlidə avtomobil su kanalına düşüb, ölən və yaralananlar var

09:40 - 15 Yanvar 2020 - HADİSƏ

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Yalavac kənd sakini, 1988-ciil təvəllüdlü Mirzəyev Zaur Maarif oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin rayonun Cəfərli kənd sakini, 1988 c-i il təvəllüdlü Məmmədov Nicat Seydiəli oğlu suda boğulub. Atomobildə olan digər 2 nəfər sərnişin Yalavac kənd sakinləri - 1994 təvəllüdlü Mustafayev Elvin İslam oğlu və 1991 ci il təvəllüdlü Mehdiyev Eldəniz Ədalət oğlu müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara balanılıb./report

 

Xəbər xətti