Ana səhifə
24 Sentyabr 2018

Müəllim məktəbdə namaz qıla bilər? QMİ-dən cavab

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlar tərəfindən Şeyxülislam Hacı Allahşükür Paşazadəyə ünvanlanan sualları cavablandırıb. 
 

 

Ucnoqta.az xəbər verir ki, Günay Əmrahova adlı vətəndaş QMİ-yə müraciətində məktəbdə namaz qıldığı üçün rus müəllimlər tərəfindən təhqir olunduğunu bildirib:

“Mən müəlliməyəm. Ruslarla birgə çalışıram. Məktəb mərhum Heydər Əliyev cənablarının adınadır. Lakin Azərbaycan və rus  uşaqları oxuyur. Bu gün namazımı çatdıra bilməyəcəyim üçün məktəbdə qıldım. Amma rus müəllimləri görub təhqirə başladılar ki, burada icazə verilmir.

Həqiqətən Azərbaycanda müsəlman müəllimə məktəbdə namaz qılmağa izin verilmir? Əgər bu belədirsə, bu harada sənəd kimi qeyd olunub?

Vətəndaşın sualına isə QMİ-dən belə cavab verilib: 

“Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı vardır. Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı bir şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl müəssisədirsə sahibinin icazəsi olmadan orada namaz qıla bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmağınız tövsiyə olunur”.(Qafqazinfo.az)

 

Tarix
13 Oktyabr 2014 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin