Şəmkirdən Bakıya piyada gəlir - Foto

22:47 - 14 Yanvar 2020 - Cəmiyyət

Şəmkir sakini Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkmək üçün piyada Bakıya yola düşüb.

"Qafqazinfo"nun xəbərinə görə Səyyar Musayev Şəmkir rayonundan paytaxta qədər olan 410 km-lik məsafəni piyada qət etməyi planlaşdırıb.

35 yaşlı rayon sakini 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı düşünür. O, artıq yolun bir hissəsini arxada qoyaraq Yevlax rayonuna çatıb. S.Musayev gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib. 

 


Xəbər xətti