Slovakiyada quş qripi virusu aşkarlanıb

Slovakiya Baytarlıq Müfəttişliyi kiçik fermaların birində H5N8 quş qripi virusunun olduğunu təsdiqləyib.

Zbegi kəndindəki fermer üç halda xəstəliyin baş verdiyini bildirib. Ümumilikdə onun 22 quşu olub. Laboratoriya müayinələri quş qripi virusunun olduğunu təsdiqləyib.

Quşlar məhv edilib və həmin ərazi dezinfeksiya edilib. Virusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülüb.

Qeyd edək ki, Polşanın böyük qazyetişdirmə fermalarından birindəki 6 min quşda quş qripi virusu aşkarlanıb./report

Tarix
14 Yanvar 2020 [09:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-14 09:21:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin