Göbələk yığmağa getdilər, meyit tapdılar - Foto

Türkiyənin İstanbul şəhərinin Arnavutköy ərazisində meşəyə göbələk yığmağa gedənlər meyit tapıblar.

DHA-nın xəbərinə görə, meşəyə göbələk yığmağa gedən iki dost yorğana bürünmüş meyitlə rastlaşıblar.

Əraziyə gələn polislər meyitin 35-40 yaşlarında bir qadına aid olduğunu müəyyən ediblər.

Məlum olub ki, qadın bir neçə gün əvvəl başına küt alət vurularaq qətlə yetirilib.

Üzərində vəsiqəsi olmayan qadının kimliyi müəyyən edilməyib.

Onun cəsədi ekspertiza üçün morqa aparılıb./oxu.az

 

Tarix
13 Yanvar 2020 [16:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-13 16:15:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin