Bu arayışları da elektron alacağıq

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır

"Qafqazinfo"ya daxil olan məlumata görə, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:

1. İş yerinə dair e-arayış xidməti
2. Əlilliyə dair e-arayış xidməti
3. Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
4. Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
5. Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
6. Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
9. Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti
13. Məşğulluq altsistemindən e-arayış xidməti
14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

Tarix
13 Yanvar 2020 [14:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-13 14:30:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin