Abşeronda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

13:30 - 13 Yanvar 2020 - HADİSƏ

Abşeronda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada yanvarın 12-də saat 22 radələrində orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti