Astarada ər-arvad dəm qazından boğulub

11:21 - 13 Yanvar 2020 - HADİSƏ

Astara rayonunda ər-arvad yaşadıqları mənzildə ölü tapılıb.

APA-nın  məlumatına görə, şəhərin Səməd Vurğun küçəsində yaşayanlar - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti