Qusarda avtomobil aşıb

10:09 - 12 Yanvar 2020 - HADİSƏ

Qusar rayonunda yol qəzası baş verib. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunda VAZ markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Xəbər xətti