İrandan daxili orqanında narkotik gətirən qadın saxlanıldı

16:28 - 11 Yanvar 2020 - HADİSƏ

Faktla bağlı araşdırma aparılır.

DGK-dən verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsindən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında Biləsuvar gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq onunla şifahi sorğu-sual aparılıb.

Onun üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və digər əşyaların olub-olmaması soruşulub. Xanım vətəndaş isə qadağan olunmuş heç bir predmet olmadığını bildirib. Sonra onun üzərində şəxsi yoxlama aparılıb və qanunla qadağan olunmuş hər hansı predmet aşkar edilməyib. Lakin, daxili orqanlarında narkotik vasitə olduğu ehtimal edildiyindən onun həkim müayinəsindən keçirilməsi zərurəti yaranıb. Bundan sonra xanım vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş 6 ədəd bükümdə, ümumi çəkisi 99 qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və ümumi çəkisi 70 qram təşkil edən ağ rəngli, xırda kristallik halda psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti