Bakıda bütün yol polisləri SƏRƏNCAMA GÖNDƏRİLDİ?- Açıqlama

20:37 - 10 Yanvar 2020 - Xəbər

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün zabit heyəti sərəncama götürülüb.

Ucnoqta.az xəbər verir ki, News24.az-a daxil olan məlumata görə, sərəncama göndərilənlər arasında Bakı DYP-nin rəhbərliyi də daxil olmaqla, müavinlər, şöbə və bölmə rəisləri var. Eləcə də idarənin zabit heyəti də bu sıraya daxildir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ilə əlaqə saxladıq. News24.az-ın sualını cavablandıran E.Zahidov yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib. 

Xəbər xətti