Millimizin heyəti açıqlandı

19:18 - 10 Yanvar 2020 - İDMAN

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 14-dən 17-dək Bakıda, 18-dən 28-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışnda olacaq. 

"Qafqazinfo" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev hazırlıq prosesi üçün 23 oyunçuya dəvət göndərib.

Yığma yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. 


Xəbər xətti