ABŞ Suriyada “Hizbulla” mövqelərinə aviazərbələr endirib

15:18 - 10 Yanvar 2020 - DÜNYA

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində “Hizbulla” hərəkatının mövqelərinə aviazərbələr endirib.

Zərbələr nəticəsində 4 tank məhv edilib.
İnsan itkiləri barədə məlumat verilməyib.

Qeyd olunur ki, zərbələrin hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin rəhbərlik etdiyi “Hizbulla” qüvvələrinin mövqeləri olub./trend

 

Xəbər xətti