Ağstafada inzibati binada yanğın: Bütün sənədlər məhv olub

10:19 - 10 Yanvar 2020 - HADİSƏ

Ağstafa rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Köçəsgər kəndində sahəsi 400 m² olan ikimərtəbəli inzibati binanın çardağı 15 m² sahədə, ikinci mərtəbəsinin döşəməsi və birinci mərtəbəsinin tavanı 20 m² sahədə və içərisində olan sənədlər yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti