İspaniya Super Kubokunun finalında "Atletiko" "Real"la qarşılaşacaq

10:06 - 10 Yanvar 2020 - İDMAN

"Barselona" İspaniya Super Kubokunun yarımfinal mərhələsində Madridin "Atletiko" klubuna 2:3 hesabı ilə məğlub olub.

Turnir Səudiyyə Ərəbistanında baş tutur. "Barselona"nın heyətində Lionel Messi (51-ci dəqiqə) və Antuan Qrizmann (62), "Atletiko"da isə Koke (46-cı dəqiqə), Alvaro Morata (82-ci deqiqə, penalti) və Anxel Korrea (86-cı dəqiqə) fərqləniblər.

Finalda "Atletiko" digər yarımfinalda "Valensiya"nı 3:1 hesabı ilə məğlub edən Madridin "Real"ı ilə qarşılaşacaq./trend

Xəbər xətti