Messi: “Uşaq səhvlərinə yol verib iki top buraxdıq”

09:00 - 10 Yanvar 2020 - İDMAN

"Barselona” futbol komandasının hücumçusu Lionel Messi İspaniya superkubokunun "Atletiko”ya qarşı yarımfinal matçında məğlub olmalarını (2:3) şərh edib.

Futbolçu üzləşdikləri məğlubiyyətə təəssüf hissini ifadə edib. "Ayıbdır, biz əla oyun göstərdik və 80 dəqiqə ərzində oyuna nəzarət edərək fəal olan əsas qüvvə idik. Biz matçın nəticəsini həll etməli idik. Bu, çox ağrılı məğlubiyyətdir”, - deyə o bildirib.

Messi qeyd edib ki, komandası matçda kobud səhvlərə yol verib. “Biz mübarizə aparmaq və yarışın finalına çıxmaq istəyirdik. Uşaq səhvlərinə yol verib 2 top buraxdıq. Tənqid? Nə vaxt ki, məğlubiyyət haqqında danışırlar bu normaldır. Biz irəli hərəkət etmək üçün güclü komandayıq", - deyə Messi əlavə edib. /report

Xəbər xətti