Rusiyada Vahid Ələkbərovun zavodunda partlayış - Video

20:34 - 9 Yanvar 2020 - DÜNYA

Rusiyanın Uxta şəhərində neft emalı zavodunda partlayış baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, partlayışın dalğaları şəhər küçələrində də hiss olunub. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə səmada narıncı işıq görünüb, daha sonra partlayış səsi eşidilib.

Məlumata görə, partlayış dizel yanacağının emalı üzrə təsisatda texnoloji prosesin pozulması nəticəsində baş verib. Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür. Bunun üçün 48 nəfər yanğınsöndürən, 15 texniki vasitə cəlb olunub. Yanğın sahəsi 1000 kvadrat metr ərazini əhatə edir. Bir nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, partlayış baş verən zavod azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkətinə aiddir.

Xəbər xətti